Veezet hər bir müştərisindən alınan şəxsi məlumatların məxfiliyinin qorunub saxlanması siyasətinə tabe olur. Məlumatlar sadəcə müştərinin özündə və Veezet kartını təqdim etdiyi şəxslərdə mövcud olacaqdır.
Veezet, yalnız müştərilərinə xidmət göstərmək üçün zəruri olan şəxsi məlumatları toplayır.
Bu məlumatlar, ad, soyad, əlaqə məlumatları və digər əsas məlumatları (sosial şəbəkələr və ya digər) əhatə edə bilər. Biz müştəri məlumatlarını yalnız tələblərə cavab vermək, biznes & veezet kartları hazırlamaq üçün istifadə edirik. Veezet, müştərinin başqa şəxsə ötürdüyü şəxsi məlumatlarını şəxs (yəni müştəri öz məlumatlarını paylaşdığı şəxs) qanunsuz şəkildə ifşa etdiyi halında məsuliyyət daşımır. Lakin, müştəri tərəfindən təqdim edilən məlumatların təhlükəsiz saxlanması və qorunması üçün tədbirlər göstərməyə çalışırıq.
Müştərilərimizə, öz şəxsi məlumatlarını təhlükəsiz saxlamaq üçün daima ehtiyatlı olmalarını məsləhət görürük.
© 2023 Veezet. Bütün hüquqlar qorunur.